Məişət zəminində cinayət: 18 yaşlı qız oğlanı bıçaqladı

Məişət zəminində cinayət: 18 yaşlı qız oğlanı bıçaqladı
22.06.2026 09:58 Hadisə

Sumqayıtda 18 yaşlı qız tanışını bıçaqlayıb.

TodayPress TV xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 18 yaşlı G.Ə aralarında yaranmış münaqişə zəminində 20 yaşlı Q.B-ya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən G.Ə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər