Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapıldı

Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapıldı
24.06.2026 16:05 Hadisə

Bakının Nərimanov rayonunda məhkuma məxsus avtomat aşkarlanıb.

Bu barədə TodayPress TV-yə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı odlu silah, ona məxsus 1 ədəd daraq və 9 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər