Masallıda avtomobil piyadanı vuraraq öldürdü
Masallı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, hadisə Ələt-Astara magistralının Masallı rayonu ərazisində qeydə alınıb.
Lerik rayonunun Pirasora kənd sakini, 1959-cu il təvəllüdlü Teyyub Balağa oğlu Bağırov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçən piyadanı vurub. Piyada hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
(Report)