Kürdəmirdə güclü külək toy çadırını uçurtdu - VİDEO

Hadisə

25.04.2026 21:00

Kürdəmirdə güclü külək toy mərasiminə mane olub.

TodayPress TV xəbər verir ki, Kürdəmir rayonunda qeydə alınan güclü külək nəticəsində toy üçün qurulan çadır yerindən qoparaq dağılıb.

Hadisə zamanı ərazidə olan qonaqlar təşvişə düşüb.

Qeyd edək ki, son günlər Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit olaraq qalır. Güclü külək, leysan xarakterli yağışlar və bəzi bölgələrdə müşahidə olunan əlverişsiz hava şəraiti müxtəlif fəsadlara səbəb olur.


TodayPress TV

tag: Kürdəmir, Toy, Külək,Çadır, todaypress.tv,