Kür çayı daşdı- Sahələri su basdı

Kür çayı daşdı- Sahələri su basdı
20.04.2026 20:40 Hadisə

Kür çayının Samux rayonundan keçən hissəsində suyun səviyyəsi qalxıb.

TodayPress TV-nin məlumatına görə, nəticədə rayonunun Qaraağaclı kəndinin Qarasaqqal adlanan ərazisində 200 hektara yaxın taxıl sahəsi su altında qalıb.

Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, eyni kənddə əkin olmayan 100 hektar ərazi də su altında qalıb.

TodayPress TV


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər