Korrupsiya ilə bağlı vəzifəli şəxslərə XƏBƏRDARLIQ EDİLDİ

Korrupsiya ilə bağlı vəzifəli şəxslərə XƏBƏRDARLIQ EDİLDİ
16.07.2026 19:08 Hadisə

Bu ilin birinci yarım ilində 34 halda vətəndaş və vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, korrupsiya cinayətlərinin və digər qanun pozuntularının törədilməsinə şərait yaradan səbəb və halların aradan qaldırılması məqsədilə prokuror təsir tədbirlərinin tətbiqi də diqqətdə saxlanılıb.

Hesabat dövründə Baş İdarə üzrə aidiyyəti dövlət qurumlarına, müəssisə və təşkilatlara ümumilikdə 67 təqdimat göndərilib, 34 halda vətəndaş və vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər