Kəlbəcərdə qəza oldu - Yaralılar var
Kəlbəcərdə minik maşını aşıb, yaralananlar var.
TodayPress TV ”Unikal”a istinadən bildirir ki, hadisə rayonun Qozlu körpü deyilən ərazisində baş verib. İdarəetmədən çıxan "Lexus" markalı avtomobilin aşması nəticəsində ilkin məlumata görə, 4 nəfər yaralanıb.
Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.