İsmayıllıda ağır qəza iki nəfərin həyatına son qoydu
İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq beton maneəyə çırpılması nəticəsində nəqliyyat vasitəsində olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva hadisə yerində aldıqları xəsarətlərdən həyatını itirib.
Qəza zamanı daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
Kübra Musayeva