“İnstagram” çökdü
“Meta” şirkətinə məxsus “Facebook” və “Instagram” sosial şəbəkələrinin fəaliyyətində qlobal miqyasda problemlər yaranıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, nasazlıq Bakı vaxtı ilə saat 16:02 radələrində başlayıb. Problemlər əsasən Avropa ölkələri və ABŞ-də qeydə alınıb.
Ən çox şikayət “Facebook” istifadəçilərindən daxil olub. Böyük Britaniya, İtaliya, Niderland, ABŞ, Fransa, Almaniya, Belçika, İspaniya və digər ölkələrdə minlərlə istifadəçi tətbiq və veb-saytın işləmədiyini bildirib.
Eyni zamanda, “Instagram” istifadəçiləri də müxtəlif ölkələrdə tətbiqə girişdə çətinlik, xəbər lentinin yüklənməməsi, serverə qoşulma və digər texniki problemlərlə üzləşdiklərini qeyd ediblər.
Kübra Musayeva