İki gündür xəbər yoxdur - Gənc çoban və 85 baş heyvan müəmmalı şəkildə itdi - FOTO

İki gündür xəbər yoxdur - Gənc çoban və 85 baş heyvan müəmmalı şəkildə itdi - FOTO
23.07.2026 00:09 Hadisə

Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb.

TodayPress TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Ramiz İlkin oğlu Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb.

Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər