Güclü külək Bakıda 3 nəfəri xəstəxanalıq etdi

Güclü külək Bakıda 3 nəfəri xəstəxanalıq etdi
08.09.2026 14:48 Hadisə

Sentyabrın 7-də əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı və Abşeron ərazisində 3 nəfər xəsarət alıb.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, saat 15:50 radələrindən etibarən Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarından, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən ümumilikdə 2 qadın və 1 kişi xəsarət alması ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırışlar daxil olub.

Daxil olan bütün çağırışlar üzrə təcili tibbi yardım briqadaları hadisə yerlərinə cəlb olunub.

İlkin tibbi yardım göstərilən 1 kişi Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərildikdən sonra onun vəziyyəti qənaətbəxş qiymətləndirilib və pasiyent ambulator müalicə üçün evə buraxılıb.

Digər 2 nəfərə isə tibbi yardım hadisə yerində göstərilib. Onlar ixtisaslı tibb müəssisəsinə hospitalizasiya olunmaqdan imtina ediblər.

Kübra Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər