Göygöldə "QAZel" yeddi yaşlı uşağı vurdu
Göygöldə azyaşlını maşın vurub.
TodayPress TV "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin məlumata görə, "QAZel" markalı yük avtomobili 2019-cu il təvəllüdlü K.Abbasovu vurub.
Azyaşlı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Ona tibbi yardım göstərilib, müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.