Goranboyda piyadanı maşın vurdu

Goranboyda piyadanı maşın vurdu
27.08.2025 04:11 Hadisə

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

TodayPress TV-nin məlumatına görə, hadisə Goranboyun Dəlməmmədli şəhəri ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21099" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər