Gəncədə qadın küçədə qətlə yetirildi
Gəncədə qətl hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Ayşən Sadıxova bıçaqlanma diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı qadının öldüyü məlum olub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.