Füzulidə DƏHŞƏTLİ QƏZA: ÖLƏNLƏR VAR

Hadisə

20.04.2026 10:38

Füzuli rayonunda 2 hərbçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza dünən səhər rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı maşın toqquşub. 1990-cı il təvəllüdlü Əli Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm Talıbov hadisə yerində həyatlarını itirib.

Qəzada xəsarət alan 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, həyatlarını itirən şəxslər hərbçi, yaralanan R.Namazəliyev isə ANAMA əməkdaşıdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Faciəvi şəkildə həyatlarını itirən 36 yaşlı Əli Vəliyev və 26 yaşlı Mirqəşəm Talıbovun fotosunu təqdim edirik:


TodayPress TV

tag: Füzuli,Qəza,Ölüm,Hərbçi,Todaypress.tv,