FHN: Ötən həftə 172 yanğın olub

FHN: Ötən həftə 172  yanğın olub
20.04.2026 10:08 Hadisə

Ötən həftə 172 yanğın olub, 30 nəfər təxliyə edilib.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 172 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 49 nəfər xilas edilib, 3-ü azyaşlı olmaqla 30 nəfər təxliyə olunub, 9 nəfərin meyiti təhvil verilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər