Dələduz qadın saxlanıldı

Dələduz qadın saxlanıldı
04.11.2025 12:47 Hadisə

Nəsimi rayonunda bir nəfəri əlillik dərəcəsi almaqda kömək edəcəyi adı altında aldadaraq 3500 manatını ələ keçirən şəxs saxlanılıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində dələduzluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş D.Məhərrəmova saxlanılıb.

Onun bir nəfəri əlillik dərəcəsi almaqda kömək edəcəyi adı altında aldadaraq 3500 manatını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər