Bir gecədə yüzdən artıq motoxuliqan saxlanıldı

Bir gecədə yüzdən artıq motoxuliqan saxlanıldı
26.06.2026 15:17 Hadisə

Ötən gün yüksək səs effekti yaradan və sürücülük hüququ olmayan 122 motoxuliqan saxlanılıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edən, əlavə işıq və səsboğucu qurğular quraşdıran 30, yükdaşıma qaydalarını pozan 11, müəyyən edilmiş keçidlərdə piyadalara yol verməyən 18 və sərxoş vəziyyətdə avtomobil idarə edən 6 sürücü barəsində də inzibati protokollar tərtib olunub.

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər