Biləsuvarda qəza - 2 nəfər öldü, 3 nəfər xəsarət aldı

Biləsuvarda qəza - 2 nəfər öldü, 3 nəfər xəsarət aldı
11.08.2025 20:40 Hadisə

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

TodayPress TV xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21015" markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər