Balakəndə camış sahibini öldürdü

Balakəndə camış sahibini öldürdü
16.08.2025 21:15 Hadisə

Balakəndə camış sahibini öldürüb.

TodayPress TV “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə rayonun İtitala kəndində baş verib.

Kənd sakini 65 yaşlı Həlimət Məmməd qızı Hüseynovanı özlərinə məxsus camış vuraraq ona ağır xəsarətlər yetirib.

Qadın Balakən Rayon Mərkəzi Xəstəxanasına  çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər