Bakıda qadın evinin həyətində ölü tapıldı
Bakıda evdən qadın meyiti tapılıb.
TodayPress TV Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Ülviyyə Qərib qızı Qədirlinin meyiti yaşadığı evin həyətində aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.