Bakıda mənzil yandı, bir nəfər həyatını itirdi
Bakının Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasında yerləşən mənzildə yanğın baş verib və nəticədə bir nəfər ölüb.
TodayPress TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, binanın 5-ci mərtəbəsindəki 3 otaqlı mənzilin bir otağında 15 m² sahədə yanar konstruksiyalar, mətbəxin isə lambirdən ibarət tavanı 4 m² sahədə yanıb.
Yanğın söndürüldükdən sonra aparılan kəşfiyyat zamanı 1 nəfərin meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Mənzilin digər hissələri yanğından qorunub.
Hadisə ilə bağlı araşdırma aparılır.