Bakıda itkin düşən uşaq tapıldı

Bakıda itkin düşən uşaq tapıldı
10.08.2025 19:00 Hadisə

Bakıda evi tərk edən uşaq polis əməkdaşları tərəfindən tapılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev məlumat verib.

“Nəsimi rayonu ərazisində polis əməkdaşları tərəfindən valideynindən xəbərsiz yaşadığı ünvandan çıxan uşaq tapılıb. 7 yaşlı Abbasov Yusif Nurxan oğlu dediyinə görə Sabunçu rayonunda yaşayır. Hazırda uşaq polis nəzarətindədir”, - N.Əliyev bildirib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər