Bakıda hadisə: piyada "keçid yolunu" deyil, ölüm yolunu seçdi

Hadisə

27.04.2026 11:06

Piyadavurma hadisələrinin qarşısının alınması üçün görülən profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir.

TodayPress TV xəbər verir ki, yol hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan piyadaların şəxsi məsuliyyət hissi həyati əhəmiyyət daşıyır.

Xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə etmədən yolu keçmək ciddi təhlükə yaradır. Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qayda pozuntusu  nəticəsində yaranır. 

Hörmətli piyadalar, bir daha sizə müraciət edirik ki, öz həyatınızı riskə atmayın, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin, diqqətli və məsuliyyətli davranın. Çünk yolda təhlükəsizlik hər kəsin özündən başlayır.

TodayPress TV

https://www.facebook.com/reel/3187694101428740/?rdid=rERvFqVDywSNs9Kp&share_url=https%3A%2F%2Fwww.facebook.com%2Fshare%2Fv%2F1DcLeKpW3r%2F#

tag: DİN,Bakı,Piyada,Qəza,Ölüm,Todaypress.tv,