Bakıda DƏHŞƏT! Nənə və nəvə ölü tapıldı
Qobustanda nənə və nəvə dəm qazından zəhərlənərək ölüb.
TodayPress TV "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib.
İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Qızbacı Mədətova və onun nəvəsi 2013-cü il təvəllüdlü Gülmalı Mədətov hamam otağında dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.