Bakıda 49 yaşlı qadın zəhərlənərək öldü
Hadisə
05.11.2025 16:26
Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 26, mənzil 35 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Cabbarova Qərənfil Nəcəf qızının qidadan zəhərlənməsi ilə bağlı məlumatlar təsdiqini tapmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
Qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindən araşdırmalar aparılıb: "Belə ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə "Anaflaktik şok" diaqnozu ilə hospitalizasiya olunan xəstəyə göstərilən yardımlara baxmayaraq ölüm baş verib.
Xəstəxanadan verilən məlumata görə, pasiyentə adekvat təyin edilmiş və düzgün tətbiq edilmiş dərman maddəsinə patoloji reaksiya, toksik epidermal nekroliz, digər və dəqiqləşdirilməmiş dərman vasitələri, medikamentlər və bioloji maddələrlə təsir etmə, dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu qoyulub".
tag: Bakı ,Binəqədi rayonu,AQTA,KTM,Todaypress.tv,
