Azərbaycanlılar Göyçə gölünün görüntüləri ilə gündəm oldu — VİDEO
Bir qrup azərbaycanlı Göyçə mahalı və Göyçə gölü ətrafındakı yüksəkliklərdən çəkdiyi video-görüntüləri sosial mediada paylaşıblar.
TodayPress TV xəbər verir ki, videoda soydaşlarımızın Göyçə mahalının füsunkar təbiətini, yaşıl yamaclarını və uzaqdan görünən Göyçə gölünü qürur və həsrətlə seyr etdiyi əks olunub.
Yüksəklikdən aşağıdakı əraziləri izləyən həmyerlilərimiz doğma yurd yerlərimizin adlarını bir-bir sadalayaraq xatirələrini bölüşüblər.
Videoda ərazini yaxşı tanıyan və "Elman müəllim" deyə müraciət edilən şəxs digər yoldaşlarına tarixi Azərbaycan kəndlərinin yerini göstərir. Dialoqda qədim yurd yerlərimiz olan Qaraqoyunlu, Nərimanlı, Böyük Məzrə, Bala Məzrə kəndlərinin və Basarkeçər rayonunun adları fəxrlə qeyd olunur.
Görüntüləri lentə alan şəxsin Göyçənin mənzərəsinə baxaraq "Gözəl Göyçə" deməsi izləyicilərdə emosional təsir yaradıb.
Qiymət Mahir