Azərbaycanlı iş adamı Yusif Xəlilov saxlanıldı

Azərbaycanlı iş adamı Yusif Xəlilov saxlanıldı
16.08.2025 22:50 Hadisə

Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.

TodayPress TV bu barədə Rusiyanın teleqram kanallarına istinadən xəbər verir.

Məlumata görə, iş adamı rüşvət verməkdə şübhəli bilinir.

Y.Xəlilov ilk dəfə iyulun 1-də saxlanılıb, daha sonra əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.

Həbs-qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclası avqustun 17-nə təyin olunub.

Qeyd edək ki, o, Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər