Azərbaycana gətirilən duz məhsullarında nöqsan aşkarlandı

Azərbaycana gətirilən duz məhsullarında nöqsan aşkarlandı
13.06.2025 09:33 Hadisə

Azərbaycana gətirilən duz məhsullarında uyğunsuzluq aşkarlanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində “Vertex Commerce” MMC-nin İtaliyadan idxal etdiyi "İtalkali" müəssisəsinin istehsalı olan 144 kq və fiziki şəxs İbiş Qasımovun Türkiyədən idxal etdiyi “Şifay Gıda İthalat İhracat Sanayi Ticaret Anonim Şirketi"nin istehsalı olan 2 100 kq yodlaşdırılmış duz məhsulundan götürülən nümunələrin müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu aşkarlanıb. 

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər