AQTA Tovuzda baş verən zəhərlənmə ilə bağlı araşdırmaya başladı

AQTA Tovuzda baş verən zəhərlənmə ilə bağlı araşdırmaya başladı
25.06.2025 21:30 Hadisə

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

TodayPress Tv xəbər verir ki, bu barədə AQTA məlumat verib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib.

Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcəkdir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər