Ağır vəziyyətdə xəstəxanaya aparılan uşaq öldü
Gəncədə 1 yaşlı uşağın ölüm faktı qeydə alınıb.
TodayPress TV "Report"a istinadən xəbər verir ki, azyaşlı uşaq Tərtər rayonundan Gəncə Birləşmiş Uşaq Xəstəxanasına ağır vəziyyətdə gətirilib.
Xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq J. Təhməzzadənin həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.