Ağdərədə dağlıq ərazidə yanğın meşə massivinə yayıldı

Ağdərədə dağlıq ərazidə yanğın meşə massivinə yayıldı
10.08.2025 18:45 Hadisə

Ağdərə rayonu ərazisində 2 gün öncə başlayan yanğınlar hələ də davam edir.

TodayPress TV xəbər verir ki, rayonun Suqovuşan kəndi ərazində dağlıq ərazidə başlayan yanğın küləyin təsirilə genişlənərək, meşə massivinə yayılıb.

Yanğının söndürülməsinə FHN-in yanğınsöndürənləri, 2 helikopteri cəlb olunub.

Yanğınsöndürmə əməliyyatları davam edir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər