Ağdamda yanğına səbəb olan şəxs saxlanıldı

Ağdamda yanğına səbəb olan şəxs saxlanıldı
18.08.2025 16:30 Hadisə

Avqust ayının 18-də Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 6 hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub. 

S.Əmirov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər