Ağdamda övladları ilə birlikdə batan ata şəhid oğlu imiş - YENİ DETAL

Ağdamda övladları ilə birlikdə batan ata şəhid oğlu imiş - YENİ DETAL
04.07.2026 22:13 Hadisə

Ağdamda su anbarında övladları ilə birlikdə batan Şərif İsgəndərov şəhid övladı olub.

TodayPress TV Teleqraf-a istinadən xəbər verir ki, bu gün su anbarında baş verən faciə nəticəsində iki övladı ilə birlikdə həyatını itirən Şərif İsgəndərov şəhid polis əməkdaşı Şəmsəddin Cəfər oğlu İsgəndərovun oğludur.

Şəmsəddin İsgəndərov 1990-cı ildə könüllü olaraq həmin dövrdə yaradılmış ilk polis batalyonuna qoşulub. O, Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və digər qaynar döyüş bölgələrində ön cəbhədə xidmət edib.

Şəmsəddin İsgəndərovun son döyüşü 1992-ci il martın 8-də Qaraqaya istiqamətində olub. Həmin gün düşmən gülləsinə tuş gələn polis əməkdaşı şəhidlik zirvəsinə ucalıb.

XƏBƏR LENTİ
04 IYUL 2026
Bütün Xəbərlər