59 yaşlı kişi kanalda yoxa çıxdı - Fövqəladə Hallar hərəkətə keçdi

59 yaşlı kişi kanalda yoxa çıxdı - Fövqəladə Hallar hərəkətə keçdi
19.07.2026 14:40 Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə TodayPress TV-yə FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər