46 yaşlı qadın qızdırmadan öldü - ARAŞDIRILIR

46 yaşlı qadın qızdırmadan öldü - ARAŞDIRILIR
18.07.2026 22:56 Hadisə

Ağdaşda 46 yaşlı qadın vəfat edib.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

İlkin ehtimala görə, qadının hərarətdən öldüyü bildirilir.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər