3-cü kurs tələbəsini elektrik vurdu

3-cü kurs tələbəsini elektrik vurdu
26.06.2025 23:11 Hadisə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin III tədris ilinin tələbəsi Elnur Kəyan oğlu İsmayılov dünyasını dəyişib.

TodayPress TV xəbər verir ki, Tarix və coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının tələbəsi olan Elnur bədbəxt hadisə nəticəsində vəfat edib.

Belə ki, Elnuru dəniz sahilində olarkən elektrik cərəyanı vurub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər