20 yaşlı oğlana kəsici alətlə xəsarət yetirdilər

20 yaşlı oğlana kəsici alətlə xəsarət yetirdilər
11.02.2026 20:30 Hadisə

Gəncə sakininə kəsici-deşici alətlə xəsarət yetirilib.

TodayPress TV-nin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü C. Əliyev kəsici alətdən aldığı yara ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, C.Əliyev döyülüb, daha sonra kəsici-deşici alətə ona xəsarət yetirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər