Xarici dil müəllimlərinin 40 %-inin maaşı 35 % artırıldı

Xarici dil müəllimlərinin 40 %-inin maaşı 35 % artırıldı
24.11.2025 15:00 Elm və Təhsil

Azərbaycanda son iki ildə xarici dil müəllimlərinin 40 %-inin maaşı 35 % artırılıb.

TodayPress TV xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə BP və tərəfdaşlarının ingilis dili üzrə "Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi" layihəsinin təqdimatında bildirib.

Onun sözlərinə görə, son iki il ərzində ümumilikdə 10 400 xarici dil müəllimi sertifikatlaşdırılıb: "Bu müəllimlərin 86 %-i imtahanlardan yüksək nəticə ilə keçib. Təxminən 40 % müəllimin maaşı 35 % artırılıb. Bundan əlavə, 45 % müəllimin əməkhaqqına 10 % əlavə edilib".

K. Kərimzadə əlavə edib ki, hazırda Azərbaycanda 22 mindən çox tələbə ingilis dilində tədris olunan ixtisaslarda təhsil alır: "Bu il ingilis dilli ixtisaslara qəbulun 10 minə çatması onu göstərir ki, növbəti dörd ildə tələbələrin 15–20 %-i ingilis dilli proqramların məzunu olacaq".

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər