TTKF 4 il ərzində 50 min kredit müqaviləsi rəsmiləşdirib

Elm və Təhsil

25.12.2025 10:59

Təhsil Tələbə Krediti Fondu fəaliyyət dövründə 50 mininci təhsil tələbə krediti müqaviləsini rəsmiləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə həsr olunmuş hesabat təqdimatında məlumat verib. 

O bildirib ki, 50 000-ci təhsil tələbə krediti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Pənahova Ləman Mehdi qızına təqdim olunub:

“Martın 7-də elm və təhsil naziri Emin Əmrullayev 50 mininci kredit müqaviləsini rəsmiləşdirən tələbə ilə görüşüb. Görüş zamanı Ləman Pənahova təhsil kreditlərinin regionlarda təhsil alan tələbələr, xüsusilə də gənc qızların ali təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını vurğulayaraq göstərilən dəstəyə görə təşəkkürünü bildirib”.

Məlumata görə, Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən etibarən ali təhsilin əlçatanlığının artırılması, sosial ədalətin təmin olunması və gənclərin təhsil imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Qiymət Mahir

TodayPress TV

tag: Bəhruz Əzimov,TTKF,Hesabat,Təqdimat,Todaypress.tv,