TTK üzrə ən çox vəsait ayrılan ixtisaslar açıqlandı

Elm və Təhsil

25.12.2025 11:05

Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyəti üzrə hesabatda kredit vəsaitlərinin ixtisaslar üzrə bölgüsü təqdim olunub. 

TodayPress TV xəbər verir ki, məlumata əsasən, TTK çərçivəsində ən çox maliyyə vəsaiti ayrılan 10 ixtisas müəyyən edilib.

Hesabata görə, ayrılmış vəsaitin həcminə görə ilk sırada “Biznesin idarə edilməsi” ixtisası qərarlaşıb. Bu istiqamət üzrə 4 647 müqavilə bağlanıb və ümumilikdə 5 352 664,30 manat məbləğində vəsait yönəldilib.

İkinci yerdə “Sosial iş” ixtisası yer alıb – bu sahə üzrə 2 203 müqavilə bağlanıb və 1 931 211 manat vəsait ayrılıb. Üçüncü sırada isə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası qərarlaşıb. Bu istiqamət üzrə 2 434 müqavilə rəsmiləşdirilib və 1 930 330,25 manat məbləğində kredit vəsaiti ayrılıb.

Sonrakı yerlərdə “İqtisadiyyat” ixtisası (1 840 müqavilə, 1 687 842,43 manat), “Hüquqşünaslıq” (989 müqavilə, 1 555 864,28 manat) və “İbtidai sinif müəllimliyi” (1 989 müqavilə, 1 551 785,25 manat) qərarlaşıb.

Hesabatda həmçinin qeyd olunur ki, marketinq üzrə 1 518 müqavilə (1 367 213,69 manat), menecment üzrə 1 241 müqavilə (1 309 165,44 manat), maliyyə üzrə 1 361 müqavilə (1 242 724,52 manat), tibb ixtisası üzrə isə 668 müqavilə (1 203 035,25 manat) rəsmiləşdirilib.

Məlumatda vurğulanır ki, bu göstəricilər TTK tərəfindən maliyyələşdirilən ixtisaslar üzrə marağın strukturunu, əmək bazarına tələbatı və təhsil sahəsində prioritet istiqamətləri əks etdirir.

Qiymət Mahir

TodayPress TV

tag: İxtisas,TTKF,Hesabat,Təqdimat,Todaypress.tv,