TKTA: Yanğın təhlükəsizliyi mühəndisliyi üzrə peşə tanınması imtahanında nəticələr zəifdir

Elm və Təhsil

26.12.2025 13:43

“Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə tanınması imtahanında namizədlərin yalnız 44 faizi uğur qazana bilib.

TodayPress TV xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2025-ci il tarixində təşkil olunan peşə tanınması imtahanında bu ixtisas üzrə iştirak edən namizədlərin böyük əksəriyyəti uğursuz nəticə göstərib.

Belə ki, imtahanda iştirak edən 29 nəfərdən 19-u imtahandan keçə bilməyib, yalnız 10 müraciətçi müvəffəq nəticə əldə edib. Nəticələrə əsasən, uğursuzluq göstəricisi 66 faiz təşkil edib.

Qeyd olunur ki, uğursuz nəticələrin əsas hissəsi Ukrayna və Rusiya Federasiyasının ali təhsil müəssisələrinin məzunlarının payına düşür. Belə ki, imtahanda uğursuz nəticə göstərən müraciətçilər Ukrayna Milli Mülki Müdafiə Universiteti və Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universitetinin məzunlarıdır.

Jalə Rövşən

TodayPress TV

tag: TKTA,İmtahan,Mühəndislik,Peşə,Todaypress.tv,