Təhsil problemi həll olundu: 3 şagird dekabrın 1-də dərslərə başlayacaq

Təhsil problemi həll olundu: 3 şagird dekabrın 1-də dərslərə başlayacaq
28.11.2025 14:15 Elm və Təhsil

Azərbaycan Uşaqlar Birliyinin Sədri Kəmalə Ağazadə noyabrın 14-də fərdi təhsilə yönləndirilməli olan üç şagirdlə bağlı narazılığını sosial mediada ifadə edib. O, paylaşımında bildirib ki, 16 yaşlı, 3-cü sinif səviyyəsinə uyğunlaşdırılmış qız günlərlə məktəbə başlamaq xəbərini gözləyib, lakin hər dəfə “hələ gözləyək” cavabı alıb. Bu gecikmə uşaqda ciddi psixoloji gərginlik yaradıb və o məktəb formasını kəsib.

TodayPress TV məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovla əlaqə saxlayıb. 

O bildirib ki, məsələ artıq həll olunub və tapşırıq məktəbin direktoruna göndərilib. Bəşarət Məmmədov bu barədə Kəmalə Ağazadəyə məlumat verib:

"Məlumat üçün bildirirəm ki, müraciətlə bağlı artıq qərar verildi və tapşırıq 314 nömrəli tam orta məktəbə göndərildi. Üç şagird 1 dekabr 2025-ci il tarixindən müvafiq cədvəl üzrə fərdi təhsilinə başlayacaq".

Kəmalə Ağazadə yenilənmiş paylaşımında diqqətə görə təşəkkürünü bildirib və qeyd edib ki, yeni məktəb forması alacaq. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər