Səbuhi Rzayev: “2027–2030-cu illərdə əsas hədəf ali təhsilin keyfiyyətinin artırılmasıdır”
Elm və Təhsil
25.12.2025 11:22
“2027–2030-cu illəri əhatə edən mərhələdə əsas məqsəd ali təhsilin keyfiyyətinin yüksəldilməsidir”.
TodayPress TV xəbər verir ki, Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində çıxışı zamanı növbəti strateji dövrün prioritetlərindən danışıb.
Səbuhi Rzayev bildirib ki, ali təhsil müəssisələri nə qədər keyfiyyətli və müasir məzmun təqdim edərsə, Təhsil Tələbə Krediti Fondunun imkanlarından yararlanan tələbələrin sayı da bir o qədər artacaq.
Nazirlik rəsmisi qeyd edib ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrinin nümayəndələri və əmək bazarının əsas iştirakçılarının iştirakı ilə yaradılan komissiyalar vasitəsilə magistratura səviyyəsində bütün ixtisaslar üzrə müasir tələblərə uyğun yeni tədris proqramları hazırlanıb.
O əlavə edib ki, növbəti mərhələdə bu yanaşmanın bakalavr pilləsində də tətbiqi planlaşdırılır və bu addımlar ali təhsildə keyfiyyətin sistemli şəkildə yüksəldilməsinə xidmət edəcək.
Qiymət Mahir
tag: Səbuhi Rzayev,TTKF,Hesabat,Təqdimat,Todaypress.tv,
