“Rəqəmsal Məktəb” platforması valideyn–məktəb əməkdaşlığını necə gücləndirir? – AÇIQLAMA
Elm və Təhsil
22.12.2025 15:32
“Artıq bir müddətdir ki, “Rəqəmsal Məktəb” platforması istifadəyə verilib və hazırda əsasən Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində tətbiq olunur. Platformadan müəllimlər, məktəb rəhbərliyi, valideynlər və şagirdlər istifadə edirlər. Məqsəd rəqəmsal mühitdə təhsil, ünsiyyət və əməkdaşlıq imkanlarını genişləndirməkdir”.
TodayPress TV xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq İnkişafı və Rifahı Şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında bidirib.
O, vurğulayıb valideynlər pedaqoji prosesin ən vacib iştirakçılarından biridir və onların təlim-tərbiyə prosesinə fəal cəlb olunması şagirdlərin öyrənmə motivasiyasına və təhsil nailiyyətlərinə müsbət təsir göstərir.
Onun sözlərinə görə, platformada qeydiyyatdan keçən valideynlər övladlarının qiymətləri ilə tanış ola, eləcə də məktəb rəhbərliyi ilə operativ əlaqə saxlaya bilirlər.
İlahə Rəsulova diqqətə çatdırıb ki, valideynlərin övladlarının təhsil aldıqları məktəblərlə bağlı fikirləri də xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə platformada “Valideyn Məmnuniyyəti” bölməsi yaradılıb.
"Sözügedən bölmədə valideyn–məktəb əməkdaşlığı, məktəb mühiti və infrastrukturu, həmçinin şagird intizam qaydaları üzrə ümumilikdə 25-ə yaxın sual yer alır. Bu sorğular valideyn rəylərinin öyrənilməsi və təhsil mühitinin daha da təkmilləşdirilməsi baxımından mühüm rol oynayır".
Qiymət Mahir
