Rasim Əliquliyev: “Yaradıcı alimlərin əməyi qiymətləndirilməlidir”

Elm və Təhsil

03.12.2025 11:26

"Yaradıcı alimlərin əməyinin qiymətləndirilməsi istiqamətində görüləcək işlər çoxdur”.

TodayPress TV xəbər verir ki, bu fikri AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev “Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

O bildirib ki, Azərbaycan elminin qarşısında dayanan ciddi problemlər ayrıca müzakirə edilməlidir. Həmçinin elmin maliyyələşməsi məsələsinin olduqca vacib olduğunu vurğulayıb:

“Ayrılan vəsaitin necə istifadə olunması da diqqət mərkəzində olmalıdır. Bu sahədə normativ-hüquqi bazanın yenilənməsinə ehtiyac duyulur. Eyni zamanda alimlərin cəmiyyətdə nüfuzu, elmi əməkdaşlıq imkanları da genişləndirilməlidir”.

Qiymət Mahir

TodayPress TV 

tag: AMEA,Alim,Əmək,Sosial,Todaypress.tv,