Rasim Əliquliyev: “Gənclər elmi araşdırmalara maraq göstərmirlər”
Elm və Təhsil
03.12.2025 11:22
“Azərbaycanda elmin inkişafına dair dövlət strategiyası formalaşdırılmalıdır”.
TodayPress TV xəbər verir ki, bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Rasim Əliquliyev "Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm ve universitetler" mövzusunda təşkil edilən dəyirmi masada səsləndirib.
O vurğulayıb ki, azərbaycanlı gənclər tədqiqatlara, elmi araşdırmalara maraq göstərmirlər.
“Bunun səbəbləri araşdırılmalıdır. Hesab edirəm ki, elmin maliyyələşməsindən tutmuş digər bütün istiqamətlər üzrə həmin sahələrdən məsul olan qurumların iştirakı ilə də sıxlıqla müzakirələr təşkil edilməlidir. Beləliklə problemləri müəyyənləşdirilməklə yanaşı, onların həlli üçün təşəbbüslər irəli sürülməlidir".
Qiymət Mahir
tag: Elm,Azərbaycan,Rasim Quliyev,Tədqiqat,Todaypress.tv,
