Oktyabrda Elm və Təhsil Nazirliyinə 37 minə yaxın müraciət daxil olub

Oktyabrda Elm və Təhsil Nazirliyinə 37 minə yaxın müraciət daxil olub
17.10.2025 12:30 Elm və Təhsil

Oktyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 36 950 vətəndaş müraciəti daxil olub.

Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Müraciətlərin 21 736-ı çağrı mərkəzləri, 6 806-sı elektron, 1 581-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 827 müraciət qeydə alınıb.

Müraciətlər şagirdlərin elektron yerdəyişməsi, xarici diplomların tanınması, əlavə təhsil, “Rəqəmsal məktəb” və digər məsələlərlə bağlı olub.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər