Növbəti peşə tanınması imtahanı keçiriləcək

Növbəti peşə tanınması imtahanı keçiriləcək
23.09.2025 14:29 Elm və Təhsil

2025-ci il üzrə növbəti peşə tanınması imtahanının 29 sentyabr 2025-ci il tarixində saat 11:00-da DİM-in Elektron imtahanlar korpusunda təşkil olunması qərarlaşdırılıb.

Bu barədə TodayPress TV-yə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, müraciətçilərin bu imtahanda iştiraklarını təmin etmək məqsədilə müvafiq siyahı tərəfimizdən artıq DİM-ə təqdim olunmuşdur. Eyni zamanda, həmin siyahıya uyğun olaraq, adıkeçən imtahanın keçiriləcəyi barədə bildirişlər müraciətçilərin şəxsi kabinetlərinə yerləşdirilmiş və mobil nömrələrinə sms vasitəsilə məlumat göndərilmişdir.

Əlavə olaraq qeyd edilib ki, “İmtahana buraxılış vərəqəsi” 23 sentyabr tarixindən etibarən DİM-in rəsmi internet saytında yerləşdiriləcəkdir. İmtahana gələn zaman müraciətçilərin “İmtahana buraxılış vərəqəsi”ni özləri ilə gətirmələri zəruridir. Sözügedən buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, keçirilmə vaxtı və digər məlumatlar göstərilir.

Məlumat üçün bildiririk ki, imtahanda iştirakçılara ümumilikdə 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla qiymətləndirilir. Səhv cavablandırılmış və ya cavab verilməmiş tapşırıqlar üzrə bal nəzərdə tutulmur. Müraciətçilərdən imtahanda müvəffəqiyyət qazana bilmələri üçün minimum 15 bal toplamaları, yəni ən azı 15 test tapşırığını doğru cavablandırmaları tələb olunur.

Qeyd edək ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında həyata keçirilir.

Qaydalara əsasən tənzimlənən ixtisaslar kateqoriyasına aid olan müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici kvalifikasiyaların peşə tanınması imtahanı Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən müəyyən edilmiş siyahı əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir. Sözügedən imtahanda uğurlu nəticə əldə edən müraciətçilərə TKTA tərəfindən müvafiq peşə ixtisası üzrə şəhadətnamə təqdim olunur.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Bütün Xəbərlər