Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olundu

Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olundu
26.11.2025 20:50 Elm və Təhsil

Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub.

TodayPress TV xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.

Əmrə əsasən, Natəvan Namazova MDU-nun Elm və innovasiyalar məsələləri üzrə prorektoru təyin olunub.

O bu gün universitet kollektivinə təqdim edilib.

Qeyd edək ki, Natəvan Namazova 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibidir.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər